fbpx

“Beynəlxalq Zəngəzur” adlı elmi konfrans təsis edilib

BEY.AZ informasiya agentliyi xəbər verir


Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi tərəfindən “Beynəlxalq Zəngəzur” adlı elmi konfrans təsis edilib.

İlk dəfə sentyabrın 26-da reallaşacaq konfrans barədə açıqlama verən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin direktoru, politoloq Samir Hümbətov Metbuat.az-a bildirdi ki, burada əsas istiqamət Zəngəzurun tanıdılması, beynəlxalq səviyyədə elmi araşdırmaların ortaya qoyulması, yəni müxtəlif ölkələrin elm adamlarının bu sahədə apardığı işlərin öyrənilməsini, əhatə edir:

“Eyni zamanda, təbii ki, Azərbaycanın apardığı regional və qlobal siyasəti ilə bağlı bəzi tezislərin də orda yer alacağı qənaətindəyik. Məqsədimiz Zəngəzurun Azərbaycanın əzəli və əbədi tarixi torpaqları olması ilə bağlı tarixi həqiqətləri faktlar, sübutlar üzərində dünya ictimaiyyətinə çatdırmaqdır. Əlbətə ki, bu sahədə ən güclü silahımız elmi vasitələrdən daha çox istifadə etmək, elm adamlarının bu sahə ilə bağlı dəyərli elmi vəsaitlərinin işıqlandırılmasına nail olmaqdır. Bu baxımdan bu konfransın çox önəmli bir konfrans kimi yadda qalacağını hesab etmək olar. Reallaşacaq “Beynəlxalq Zəngəzur” konfransında əsas diqqət Zəngəzurun siyasi, iqtisadi, tarixi, sosioloji istiqamətlərdə əhəmiyyətinin öyərnilməsinə və gələcəkdə geosiyasi reallıqların bu yolda elmi izahın verilməsinə yönələcək”.

Qeyd edək ki, konfransda həm Azərbaycan, həm də dünyanın müxtəlif ölkələrinin nümayəndələri iştirak edəcək.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Beynəlxalq #Zəngəzur #adlı #elmi #konfrans #təsis #edilib

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu