fbpx

Beynin sağlamlığını qorumağın 3 açarı

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


İnsan beyninin çevik və sürətli düşünməsi üçün təxminən 100 milyard sinir hüceyrəsi çalışır. Bununla birlikdə, bədənin qalan hissəsi kimi, yaşlandıqca beyin də əvvəlki kimi çevik fəaliyyət göstərməyə bilər. Lakin, xoşbəxtlikdən, beyni də məşq etdirmək mümkündür.

Metbuat.az xəbər verir ki, “Brain Sciences” jurnalında dərc olunan yeni bir araşdırmada beynin sağlamlığı üçün bu üç amil göstərilir:

1. Hərəkət. Bu, yəqin ki, bir çox insan üçün ən böyük problemdir. Oturaq həyat tərzi bədəni tənbəlləşdirdiyi kimi beyini də tənbəlləşdirir. Tədqiqatçıların fikirlərinə görə, aktiv həyat tərzi mərkəzi sinir sistemini inkişaf etdirməyə və beynin qocalmasına qarşı durmağa kömək edir.

Rüya tabirlerini burdan oku

2. Sosiallaşmaq və münasibətlər. Bəzi insanlar təkbaşına və ya az insanla da xoşbəxt ola bilir. Buna baxmayaraq, yeni insanlarla da ünsiyyətdə olmaq əhəmiyyətlidir. Başqa insanlarla münasibətlər və onlarla qarşılıqlı əlaqə beynin yavaşlamasına mane ola biləcək bir sıra mürəkkəb bioloji amillərə kömək edir. Söhbət etmək, fiziki təmas, digər insanlarla birlikdə olmaq beyinin yaxşı işləməsini dəstəkləyir.

3. Güclü maraqların olması və yeni şeylər öyrənmək. Bu amil daha çox insanların şəxsiyyətiylə əlaqəli olsa da hər kəsin lazımi təmələ sahib olma şansı var və öyrənməyə hazırdır. Nəyəsə güclü maraq göstərmək insanları yeni şeylər öyrənməyə aparan həlledici, hərəkətverici amil ola bilər. Zaman keçdikcə, bu, neyron şəbəkələrinin inkişafına və sağlamlığının qorunmasına təsir göstərir.

Maraqlı qalın, təslim olmayın və hər şeyin həmişə eyni şəkildə getməsinə icazə verin. Əvvəllər etmədiyiniz bir şeyi etmək üçün heç vaxt qoca deyilsiniz. Ya istifadə edin, ya da itirin. Araşdırmalar bədən üçün olduğu kimi beyin üçün də oxşar mənzərə təqdim edir: Beyin işlədilməlidir ki, çürüməsin.

Beləliklə, bu üç amil həyat keyfiyyətini qorumağın açarı olduğu kimi, beyinin fəaliyyəti üçün də önəmlidir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Beynin #sağlamlığını #qorumağın #açarı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu