fbpx

“Nə olardı, iki- üç il də yaşayardı, mən tam başqa cür olardım”

BEY.AZ informasiya agentliyi xəbər verir


Peşəkar Futbol Liqası (PFL) “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun 51 yaşı tamam olması münasibətilə video hazırlayıb.

Metbuat.az xəbər verir ki, qısa filmdə təcrübəli mütəxəssislə yanaşı, böyük qardaşı Maarif Qurbanov, həmçinin, bir neçə yaxınının fikirlərinə yer verilib.

Qurban Qurbanovun anadan olduğu Zaqatala rayonunun Aşağı Tala kəndində olan PFL əməkdaşları onun həyatı ilə bağlı ailəsinin və qonşularının fikirlərini öyrəniblər.

Eyni zamanda, 51 yaşlı mütəxəssis özü də danışıb. O, ən böyük arzusunun artıq həyata keçdiyini söyləyib: “Son 4-5 ildə məndə bir arzu yaranmışdı ki, “Qarabağ”da olduğum müddətdə torpaqlarımızı geri qaytaraq. Bu həyata keçdikdən sonra yeni arzu haqda fikirləşməmişəm”.

Anasından danışan Qurbanov bunları deyib: “Hər insanda olur yaxın əzizini itirəndə düşünürsən ki, nə olardı, iki il, üç il də yaşayardı, mən tam başqa cür olardım. Biz bu gün nələr etsək də, anamızın haqqını ödəyə bilmərik”.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Nə #olardı #iki #üç #də #yaşayardı #mən #tam #başqa #cür #olardım

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu