fbpx
Xəbərlər

Beyonsun İsveçdəki konserti inflyasiyaya təsir etdi

BEY.AZ informasiya agentliyi xəbər verir



ABŞ-ın pop ulduzu Beyonsun İsveçdəki konserti ölkənin aylıq inflyasiya dərəcəsinə təsir edib.

Metbuat.az xəbər verir ki, ulduz maraqla gözlənilən dünya turnesinə Stokholmdan başlayıb. Beyonsun konserti verildiyi tarixdə yaşayış yerlərinə və restoranlara tələbat o qədər artıb ki, bu, ölkənin iqtisadi statistikasına da təsir edib. İsveçin rəsmi dairələri may ayı üçün inflyasiyanın 9,7 faiz olduğunu açıqlayıb. Bu isə gözləniləndən yüksək olub. Bildirilir ki, bu təəccüblü artıma səbəb otel və restoranlara tələbat olub. Lakin bəzi iqtisadçılar bu iddia ilə razılaşmır. Onlar Beyonsun konsertinin iqtisadiyyata təsirinin olduğunu bildirsələr də, çox olmadığını irəli sürüblər.

İnternet üzərindən otaq və ev kirayəsi xidmətləri göstərən “Airbnb”nin açıqlamasına görə, konsertlərin keçiriləcəyi şəhərlərdə tələblər kəskin şəkildə artıb. Bir çox şəhərdə biletlər çox qısa müddətdə satılıb. Beyonsun Uelsdəki konserti üçün şəhərə 60 min fanat axın edib. Məlumata görə, Beyonsun dünya turnesi 2 milyard funt sterlinq gəlir gətirə bilər.





Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Beyonsun #İsveçdəki #konserti #inflyasiyaya #təsir #etdi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu