fbpx

Biləcəridə intihara cəhd – Nazirliyin əməkdaşları hadisə yerinə getdi

BEY.AZ informasiya agentliyi xəbər verir


Bakıda intiharın qarşısı alınıb.

Metbuat.az-a Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə bir nəfərin Bakı şəhərinin Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən beşmərtəbəli binanın damına çıxaraq intihara cəhd etməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb edilib.

Xilasedicilər tərəfindən əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1995-ci il təvəllüdlü Babazadə Vüsal Araz oğlu, ilkin ehtimala əsasən, şəxsi münasibətlər səbəbindən binanın damına çıxaraq intihara cəhd edir.

Yaranmış mürəkkəb vəziyyət xilasedicilər tərəfindən operativ təhlil edilərək intihara cəhd edən şəxslə ünsiyyət qurulub və davamlı psixoloji söhbət aparılıb. Bu müddət ərzində xilasedici qruplar tərəfindən ərazidə xüsusi xilasetmə vasitələri, o cümlədən xilasetmə yastığı quraşdırılaraq müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Xilasedicilərin psixoloji söhbəti nəticəsində vətəndaş intihar etmək niyyətindən çəkinib və o, binanın damından endirilib.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Biləcəridə #intihara #cəhd #Nazirliyin #əməkdaşları #hadisə #yerinə #getdi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu