fbpx

Biləsuvarda evdə yanğın: 79 yaşlı qadın yanaraq ölüb

BEY.AZ informasiya agentliyi xəbər verir


Daxili İşlər Nazirliyi (DİN) Biləsuvarda baş verən yanğın barədə məlumat yayıb.

DİN-dən Metbuat.az-a verilən məlumata görə, dekabrın 20-də saat 05:30 radələrində Biləsuvar rayonunun S.Rufullayev küçəsində yerləşən R.Əhədova məxsus yaşayış evi yanıb və həmin vaxt evdə olan 1943-cü il təvəllüdlü Nənələr Əhədova yanaraq ölüb.

Meyit müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və FHN-in yanğından mühafizə dəstəsinin əməkdaşları cəlb olunublar.

Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda araşdırma aparılır.

09:31

Biləsuvarda evdə yanğın olub.

Metbuat.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Biləsuvar şəhərində ümumi sahəsi 180 m² olan birmərtəbəli 4 otaqlı evin (tavanı qamış və lambirdən ibarət) otaqlarının yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Evin dam örtüyü yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Biləsuvarda #evdə #yanğın #yaşlı #qadın #yanaraq #ölüb

Bir Cevap Yazın

Başa dön tuşu