fbpx
Xəbərlər

“Bir dənə də obyektim yoxdur”

BEY.AZ informasiya agentliyi xəbər verir



Xəbər verdiyimiz kimi, iyulun 17-si Əhəd Abıyev Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Ə.Abıyevin işdən çıxarılmasından bir neçə saat sonra sosial mediada ona məxsus olduğu iddia edilən çoxsaylı əmlakları barədə məlumatlar yayılıb və ünvanlar qeyd edilməklə siyahı təqdim edilib.

Metbuat.az “gununsesi.info”ya istinadən bildirir ki, Əhəd Abıyev çoxsaylı əmlaklarının mövcud olması ilə bağlı məlumatları inkar edib. O, ümumiyyətlə hər hansı obyektinin olmadığını deyib:

“O siyahıda olan heç bir əmlakın mənə aidiyyəti yoxdur. Mənim bir köşküm də yoxdur. Mən 13 il Daşkəsəndə işlədim, orada bir dənə obyektim olmadı. Bunlar hamısı iftiradır”.

Qeyd edək ki, yayılan siyahıda dəyəri milyonlarla ölçülən Bakıda və Masallı rayonunda onlarla ev, obyekt, qeyri-yaşayış sahəsi qeyd edilmişdi.

Xatırladaq ki, Əhəd Abıyev 2011-2023-cü illərdə Daşkəsən RİH başçısı vəzifəsini icra edib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


  • Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
    #Bir #dənə #də #obyektim #yoxdur

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu