fbpx

Bir qrup azərbaycanlı Ukraynadan Moskva vasitəsilə vətənə təxliyə edildi

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycan vətəndaşlarının Ukraynadan təxliyəsi davam edir.

Metbuat.az-ın məlumatına görə, Azərbaycanın Rusiyadakı səfirliyinin yardımı ilə Ukraynanın Xerson vilayətindən 9 azərbaycanlı Moskvaya gətirilib.

Onlardan ikisi Ukrayna, yeddisi Azərbaycan vətəndaşıdır. Bu gün onlar Moskva-Bakı reysi ilə Azərbaycana qayıdacaqlar.

Ukraynadan təxliyə edilən soydaşlarımızla Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da görüşüb. Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən soydaşlarımızın təxliyəsi davam edir: “Biz sizi Moskva vasitəsilə Azərbaycana təxliyə etmək qərarına gəldik”.

“Rusiya bizim strateji müttəfiqimizdir. Bizim Ukrayna ilə də yaxşı münasibətlərimiz var. İnanırıq ki, Rusiya və Ukrayna yaxın vaxtlarda razılığa gələcəklər”, – səfir görüşdə deyib.

Ukraynadan təxliyə edilən azərbaycanlı Nazim Əhmədov “Report”a açıqlamasında bildirib ki, səfirlik təxliyənin təşkilinə köməklik edib və onlar Moskvaya qatarla gəliblər. O, Azərbaycanın diplomatik missiyasına, eləcə də Prezident İlham Əliyevə minnətdarlığını bildirib.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu