fbpx

Birqütblü dünya üçün hansı risk var?

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başladıqdan sonra ABŞ və Avropa İttifaqının sərt sanksiyaları ilə üzləşən Kremlin qazanc mənbələri və valyuta ehtiyatları azalıb. Vəziyyətdən çıxış yolu olaraq Kreml bir sıra ölkəylə iqtisadi və ticarət mübadiləsində dollardan deyil, milli pul vahidlərindən istifadəni təklif edib.

Metbuat.az xəbər verir ki, Kreml bu mövzuyla bağlı Pekin, Ankara və digər paytaxtlarla danışıqlar aparıb. Vəziyyəti şərh edən politoloq Elxan Şahinoğlu deyir ki, danışıqlarda şifahi razılaşmalar əldə olunsa da, ticarət mübadiləsində dollardan imtina asan məsələ deyil.

“Dollarla ticarət uzun onilliklərdir formalaşıb. Buna baxmayaraq, Braziliya prezidenti Lula da Silva da Kermlə qoşularaq beynəlxalq ticarətdə dolların üstünlüyünə qarşı çıxış edib. O ticarəti milli valyutalarda inkişaf etdirmək və yeni maliyyə alətləri yaratmaq barədə təklif irəli sürüb. Braziliyanın solçu prezidenti çıxışlarının birində belə deyib:

Rüya tabirlerini burdan oku

“Niyə ticarətdə bütün ölkələr dollara bağlanmalıdır? Niyə biz bunu valyutalarımıza bağlaya bilmirik? Ümumiyyətlə, kim belə qərara gəldi ki, qızıl standartından imtina etdikdən sonra valyuta yuan, real və ya peso deyil, dollar olmalıdır?”. Lula da Silva BRICS ölkələri (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) arasında hesablaşmalarda dollara alternativ üzərində düşünməyi təklif edib. O, bunun çətin və çoxları üçün qeyri-adi olduğunu etiraf edib və bu məsələdə tələsməməyi vurğulayıb”.

Braziliya prezidentinin dollardan imtina mövzusunu Çinə səfər zamanı da müzakirə etdiyini xatırladan politoloq qeyd etdi ki, Pekin də bu mövzunun müzakirəsində maraqlıdır.

“Çin Braziliya kimi ticarət mübadiləsində dollardan imtinanın tərəfindədir. Ümumiyyətlə Braziliya prezidenti Çinə səfərindən məmnun qalıb. İki ölkənin enerji şirkətləri arasında əməkdaşlığın vacibliyindən danışan Lula de Silva Pekinlə yanaşı Şanxayda da olaraq böyük şirkətlərin ofislərində görüşlər keçirib. Lula de Silva ilə Çin lideri Tsi Cinpin arasında 13 birgə saziş imzalayıb. İki ölkə arasında kənd təsərrüfatı sahəsində də əməkdaşlıq imkanları araşdırılıb. Çin Braziliyanın kənd təsərrüfatının inkişafında əsas dövlətlərdən biridir. Digər tərəfdən Çin Brazliyanın yenidən sənayeləşməsində əhəmiyyətli rol oynayır. Braziliyanın Çinə ixracı ABŞ və Arvopa İiitfaqına ixracdan daha çoxdur.”

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri hesab edir ki, Vaşinqton Braziliya ilə Çinin yaxınlaşmasından, o cümlədən Pekinin dəstəyi ilə bir sıra dövlətin ticarət mübadiləsində dollardan imtina siyasətindən narahatdır.

“Pekin Rusiya və Braziliya kimi ölkələrlə birgə ABŞ-ın illərdir formalaşdırdığı birqütblü dünyanı zəiflətməyə çalışır. Birqütblü dünyanın zəiflədilməsinin əsas istiqamətlərindən biri ticarətdə dollardan imtinadır”.

Gülbəniz Hüseynli / Metbuat.az



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Birqütblü #dünya #üçün #hansı #risk #var

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu