fbpx

“Bizə kömək etməyinizi istəyirik” – Murad Dadaşovdan tənqidlərə cavab

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

“İqtisadiyyat və sağlam iqtisadi göstərici olmadan musiqi öləcək”.

BEY.AZ xəbər verir ki, bunu Xəzər Media Mərkəzinin Baş direktoru, Xalq artisti Murad Dadaşov Bakıda keçirilən Musiqi Forumunda panel müzakirəsi zamanı deyib.

O, auditoriyanın zövqünü formalaşdırmaq üçün çox çalışdıqlarını bildirib: “Ötən gün bəzi forum iştirakçıları TV proqramlarının ümumi zövqü pozduğunu söylədilər. Biz hamımız deyirik ki, televiziya, televiziya verilişləri və onların istehsal etdiyi məhsullar zövqümüzcə deyil. Onda sual yaranır ki, bu məhsullar kimin zövqü əsasında formalaşıb ərsəyə gətirilir? Telekanalları apteklə müqayisə edə bilərik. Siz aptekə girib dərmandan şikayətlənə bilərsiniz. Amma “bu pisdir” deyə bilməzsiniz. Çünki aptek həmin dərmanı hazırlayan deyil, onu satandır. Siz dərmanın pis olması ilə bağlı aptekə yox, həmin dərmanı istehsal edənə şikayətinizi bildirə bilərsiniz. Biz müqayisə etməyi bacarmalıyıq. Biz sadəcə yayımçıyıq. Bu baxımdan sizin də bizə kömək etməyinizi istəyirik”.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Bizə #kömək #etməyinizi #istəyirik #Murad #Dadaşovdan #tənqidlərə #cavab

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu