fbpx

“Biz Birlikdə Güclüyük!” yay düşərgəsi bu gün başa çatacaq

BEY.AZ informasiya agentliyi xəbər verir


Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 22 avqust 2023- il tarixindən başlayaraq 10 gün davam edən “Biz Birlikdə Güclüyük!” yay düşərgəsinin bağlanış mərasimi avqustun 30-da, saat 16:30-da baş tutacaq.Komitədən Metbuat.az-a verilən məlumata görə, 100 nəfər qızın iştirakı ilə keçirilən düşərgənin son günündə uşaqlar Komitənin sədri Bahar Muradova ilə görüşəcək.

Tədbir çərçivəsində istedadlı düşərgə iştirakçılarının rəsm əsərlərindən ibarət sərgiyə baxış keçiriləcək.

Eyni zamanda Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, modelyer-dizayner, teatr kino rəssamı Gülnarə Xəlilovanın kolleksiyası düşərgə iştirakçıları olan qızlar tərəfindən təqdim ediləcək.Sonda düşərgə iştirakçıları sertifikat ilə təltif ediləcəkdir.Qeyd edək ki, qızların asudə vaxtının səmərəli təşkili, ictimai fəallığın artırılması, eləcə də, liderlik keyfiyyətlərinin formalaşmasına dəstək məqsədini daşıyan yay düşərgəsində müxtəlif mövzularda təlim, ekskursiya, əyləncəli oyunlar, musiqili film gecələri keçirilib. Bununla yanaşı, iştirakçıların Azərbaycanın tanınmış, öz fəaliyyətində nailiyyətlər əldə etmiş simaları ilə görüşləri təşkil olunub.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Biz #Birlikdə #Güclüyük #yay #düşərgəsi #gün #başa #çatacaq

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu