fbpx

Bolqarıstan və ABŞ birgə hərbi təlimlər keçirir

BEY.AZ informasiya agentliyi xəbər verir


Bolqarıstan Müdafiə Nazirliyi ölkəsinin ABŞ ilə birlikdə avqustun 20-dək davam edəcək “Trakya Yayı – 2023” hava qüvvələri təlimi keçirdiyini açıqlayıb.

Metbuat.az TASS-a istinadən xəbər verir ki, bu barədə Bolqarıstan Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimlərə aşağı hündürlükdə taktiki uçuşlar, orta və aşağı hündürlükdə qrup uçuşları, paraşütlə hərəkətlər, terrorçu qrupların zərərsizləşdirilməsi, tibbi təxliyə kimi imitasiya hərəkətləri daxildir.

Təlim proqramı şəxsi heyətin yerdəyişməsi üçün avqustun 5-də uçuşların həyata keçirilməsini nəzərdə tutur. ABŞ Hərbi Hava Qüvvələrinə məxsus C-130 nəqliyyat təyyarələri avqustun 7-də Bolqarıstana eniş edəcək.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Bolqarıstan #və #ABŞ #birgə #hərbi #təlimlər #keçirir

Bir Cevap Yazın

Başa dön tuşu