fbpx

Böyük Dəbilqə: Azərbaycan cüdoçusu finala yüksəldi

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycan cüdoçusu Hidayət Heydərov İsrailin Təl-Əviv şəhərində keçirilən Böyük Dəbilqədə finala yüksəlib.

Metbuat.az xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/8 final mərhələsində Oron Ginerə (İsrail) qalib gəlib.

25 yaşlı idmançı 1/4 finalda İqor Vandtkeni (Almaniya), yarımfinalda isə Tohar Butbulu cərimə xalları hesabına məğlubiyyətə uğradıb.

Heydərov finalda Obidkhon Nomonovla (Özbəkistan) üz-üzə gələcək.

Qeyd edək ki, Böyük Dəbilqənin ilk günündə Azərbaycan təmsilçilərindən 66 kq-da Yaşar Nəcəfov gümüş medal qazanıb. 60 kq-da Kəramət Hüseynov 5-ci, Balabəy Ağayev 7-ci yeri tutub. Yarışda Azərbaycanı ümumilikdə 9 cüdoçu təmsil edir.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu