fbpx
Xəbərlər

Britaniya parlamentində Azərbaycanla bağlı bu məsələ qaldırılıb

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

Britaniya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun sədr müavini Devid Duqid Britaniya Parlamentində keçirilən müzakirələr zamanı Şimali Amerika və Avropa regionu üzrə dövlət naziri Leo Dokertiyə Britaniya hökumətinin və şirkətlərinin Azərbaycanın Qarabağ regionunun Ermənistan Silahlı Qüvvələri tərəfindən basdırılmış minalardan təmizlənməsi və işğal dövründə talan edilmiş və dağıdılmış şəhərlərin və yaşayış məntəqələrinin yenidən qurulması üçün hansı dəstəyi göstərdiyini sorğu edib.

Bu barədə BEY.AZ-a Azərbaycanın Britaniyadakı səfirliyindən bildirilib.

Qeyd edilib ki, sualı cavablandıran dövlət naziri Britaniya hökuməti tərəfindən regiondakı humanitar vəziyyətin qiymətləndirilməsinin davam etdirildiyini, 2020-ci ildən etibarən regionun minalardan təmizlənməsi üçün BMT-nin İnkişaf Proqramına 1 milyon fund sterlinq vəsaitin ayrıldığını qeyd etmiş və yenidənqurma və reinteqrasiya məsələlərinə dair Azərbaycan hökuməti ilə müzakirələrin aparıldığını bildirib.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Britaniya #parlamentində #Azərbaycanla #bağlı #məsələ #qaldırılıb

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu