fbpx

Bu dəfə onun mahnısını oğurladılar: Nazirdən AÇIQLAMA

BEY.AZ informasiya agentliyi xəbər verir



Ermənilər bu dəfə Xalq artisti Aygün Kazımovanın “Səndən nigaranam” mahnısı oğurlayıblar. Tiqran Asatryan adlı ifaçı mahnını oxuyaraq “Andzrev” adı ilə yutub kanalında yerləşdirib. O, müəllifin adını isə qeyd etməyib.

Metbuat.az xəbər verir ki, məsələ ilə bağlı mahnının müəllifi, Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Manset.az-a açıqlama verib. O, açıqlamasında fikirlərini belə ifadə edib:

“Onlar tək mahnı oğurlayırlar? Hər şeyi oğurlayırlar. Bu məsələ ilə bağlı heç bir hüquqi addım atmayacam. Onlar kimdir ki, biz onlara baş qoşaq”.

Qeyd edək ki, Bəstənin sözləri Baba Vəziroğlu, musiqisi isə Kəmaləddin Heydərova məxsusdur. Mahnını Özbəkistanın Xalq artisti Nəsibə Abdullayeva, Xalq artistləri Brilliant Dadaşova, Aygün Kazımova və başqaları oxuyub. 2006-cı ildə Aygün Kazımova mahnıya yeni nəfəs verərək, mahnının remiks versiyasını Türkiyədə keçirilən “The Best Model Of The World” dünya gözəllik müsabiqəsində dinləyicilərə təqdim edib.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


  • Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
    #dəfə #onun #mahnısını #oğurladılar #Nazirdən #AÇIQLAMA

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu