fbpx

“Bu gün ədalət axtarışına çıxan Putin özü işğalçıdır”

BEY.AZ informasiya agentliyi xəbər verir


“Putin ədalət axtarışındadır. Rusiya lideri deyir ki, Qərb Rusiyanın hüquqlarını pozur. Müasir dünyada Rusiyanı insan haqları prizmasından, Avropada sıxışdırırlar. Putin bildirir ki, Qərb mənəvi baxımdan deqredasiyaya uğramış nəsil istəyir. Kreml rəhbərinin Rusiya Federal Məclisinə müraciəti zamanı təklənməsi fonunda rus xalqının hisslərini qabartmaq üçün tarixə istinad edildiyi xüsusi tezislərlə müşayiət edilirdi”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) mətbuat xidmətinin rəhbəri, politoloq Əziz Əlibəyli deyib. Politoloq hesab edir ki, Putinin ədalət axtarışının mahiyyətində müəyyən çatışmazlıqlar var.

Əziz Əlibəyli

“Putin deyir ki, Qərb ölkələri Yuqoslaviya, İraq və Liviyanı parçalayarkən bütün dünyaya yuxarıdan aşağı baxmağa öyrəşdilər. Amma görünür Rusiya rəhbəri tarixi həqiqətləri unudub. Məsələn, son 200 ildə Rusiyanın Qafqazda keçirdiyi siyasət, o cümlədən də son 100 ildə Azərbaycan və erməni xalqları arasında göstərdiyi “fədakar”lıq nədənsə Putinin yadında düşmədi. Necə olur ki, son 30 il ərzində “yetişdirdiyi əməlləri” qarşısında təhdidə məruz qalan Rusiya Vətən müharibəsində nifrət elədiyi Nikol Paşinyana belə yüksək səviyyədə dəstək vermək fikrindən də vaz keçdi. Daha sonra Azərbaycanın haqqı olan sülh müqaviləsi ilə əldə edəcəkləri böyük üstünlüklərə imkan verməyən bir mövqe sərgiləyib Brüssel formatının masadan qalxmasını həyata keçirdi. Rusiyanın vasitəsilə reallaşan sülh danışıqlarında birmənalı şəkildə irəliləyiş yoxdur və de-fakto olaraq bölgə ölkələrinə keçmiş müstəmləkəsi kimi davranmağa davam edir. Putin ritorika üzərindən siyasi gücünü göstərir, inşa edir, amma qlobal ədalət carçısı olmaqda misal çəkdiyi ölkələr var”.

Əziz Əlibəyli qeyd etdi ki, Azərbaycan üç ilə yaxındır ki, sülh müqaviləsinin imzalanmasını gözləyir, lakin iş həll ediləcək bir vəziyyətə gəlib çıxanda Putin Brüssel formatını zərbə altında qoyacaq açıqlamalar verir. Putinin bu addımı ilə də erməni xalqına mesaj göndərərək “Dağlıq Qarabağ”ın taleyini həll etməyə çalışan iqtidar ilə erməni xalqını üz-üzə qoyduğunu qeyd edən Ə.Əlibəyli vurğuladı ki, bu davranışların tək adı var, o da işğalçılıqdır.

“Biz bu açıqlamaları unutmamışıq. İndi ritorikası ilə nə cür davranırsa, şikayət etdiyi Qərb də Rusiyaya qarşı o formada davranır. Bu məntiqin üzərindən düşünərsək, əgər hələ də Putin başa düşmədiyini iddia edirsə, bunun bir adı var ki, özü işğalçıdır.” .

Gülbəniz Hüseynli / Metbuat.az



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#gün #ədalət #axtarışına #çıxan #Putin #özü #işğalçıdır

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin