fbpx

Bu gün Azərbaycanda Polis Günüdür

BEY.AZ informasiya agentliyi xəbər verir

2 iyul Azərbaycanda Polis Günüdür.

Metbuat.az xatırladır ki, Heydər Əliyevin 24 may 1998-ci ildə imzaladığı fərmana əsasən, 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün – 2 iyul Azərbaycan Polisi Günü elan edilib.

Azərbaycan polisi Birinci Qarabağ Müharibəsi zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Daxili işlər orqanlarının və daxili qoşunların doqquz yüzdən çox şəxsi heyəti bu müharibədə şəhid olub.

Polisin sıralarında xeyli sayda “Milli Qəhrəman” adına, habelə orden və medallarla təltifə layiq görülənlər var. Elə koronavirusla mübarizədə də onların üzərinə böyük yük düşüb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu