fbpx

Bu gün futbol üzrə Azərbaycan çempionatının 28-ci turuna yekun vurulacaq

BEY.AZ informasiya agentliyi xəbər verir


Aprelin 2-də oynanılacaq iki qarşılaşma ilə futbol üzrə Azərbaycan çempionatının 28-ci turuna yekun vurulacaq.

Metbuat.az xəbər verir ki, günün saat 15:30-da başlayacaq birinci görüşündə “Şamaxı” lider “Qarabağ”ı qəbul edəcək. Şamaxı şəhər stadionunda oynanılacaq matçı Rauf Cabbarov idarə edəcək.

Tura saat 18:00-da başlayacaq “Sabah”-“Qəbələ” görüşü ilə yekun vurulacaq. Oyunu Cavid Cəlilov idarə edəcək. Komandalar “Bank Respublika Arena”da üz-üzə gələcəklər.

Xatırladaq ki, turun əvvəlki görüşlərində “Sumqayıt” səfərdə “Turan Tovuz”u 3:2, “Kəpəz” isə evdə “Səbail”i 1:0 hesabı ilə məğlubiyyətə uğradıb. “Zirə” – “Neftçi” görüşündə qalib müəyyənləşməyib – 1:1.

Hazırda ölkə çempionatına keçirdiyi 27 oyunda 71 xal toplayan “Qarabağ” liderlik edir. “Sabah” klubu 62 xalla ikinci, “Neftçi” 57 xalla üçüncüdür. Aktivində 38 xal olan “Zirə” dördüncü, 36 xal yığan “Qəbələ” beşinci pillədə qərarlaşıb. Sonrakı yerləri “Turan Tovuz” (28 xal), “Kəpəz” (25), “Sumqayıt” (24), “Şamaxı” (20) və Səbail (18) tutur.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#gün #futbol #üzrə #Azərbaycan #çempionatının #28ci #turuna #yekun #vurulacaq

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu