fbpx
Xəbərlər

Bu gün iki oyun keçiriləcək

BEY.AZ informasiya agentliyi xəbər verir


Bu gün Azərbaycan Premyer Liqasında XXXI tura start veriləcək.

Metbuat.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

İlk matç Şamaxıda “Şamaxı” ilə “Kəpəz” arasında keçiriləcək. 30 turdan sonra şamaxılılar 22 xalla doqquzuncu, gəncəlilər 28 xalla yeddincidirlər.

Digər matçda isə lider “Qarabağ” öz meydanında “Zirə” ilə üz-üzə gələcək. Hazırda son çempion 77 xalla turnir cədvəlinə başçılıq edir. 41 xalı olan Rəşad Sadıxovun komandası isə 5-ci sıradadır.

Azərbaycan Premyer Liqası

XXXI tur

21 aprel (cümə)

16:00. “Şamaxı” – “Kəpəz”

Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Cavanşir Yusifov, İnqilab Məmmədov

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Maşallah Əhmədov

Şamaxı şəhər stadionu.

20:00. “Qarabağ” – “Zirə”

Hakimlər: Kamranbəy Rəhimov, Müslüm Əliyev, Şirmamed Mamedov, Kamran Əliyev

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Asif Əliyev

“Azersun Arena”.

Turun “Turan Tovuz” – “Sabah” və “Səbail” – “Neftçi” oyunları aprelin 22-də, “Sumqayıt” – “Qəbələ” görüşü isə aprelin 23-də keçiriləcək.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#gün #iki #oyun #keçiriləcək

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu