fbpx

Bu il Antalyaya rus turist axını 45 faiz azala bilər

BEY.AZ informasiya agentliyi xəbər verir

“Rusiyadan 2022-ci ilin yekunlarına görə, hava nəqliyyatının hazırkı həcmi nəzərə alınmaqla Antalyaya rusiyalı turist axını 2019-cu illə müqayisədə 45 faiz azalaraq, təxminən 3 milyon nəfər təşkil edə bilər”.

Metbuat.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Turoperatorları Assosiasiyası (ATOR) məlumat yayıb.Açıqlamada qeyd olunur ki, 2022-ci ildə təxminən 2,9-3 milyon rusiyalı Antalyada dincələ bilər.

“Bu rəqəm 2019-cu ildəkindən 45 faiz azdır. Rusların iyunun əvvəlində Antalyaya gəlişlərinin həcminə görə, bu ay Rusiya Federasiyasından 500 minə yaxın turistin səfər edəcəyi gözlənilir. Bu rəqəm pandemiyadan əvvəlki 2019-cu ilin iyun ayı ilə müqayisədə isə 42 faiz azdır”.

Qeyd edək ki, turist axının azalmasına səbəb Rusiyaya qarşı Qərb ölkələrinin sanksiyalar tətbiq etməsidir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu