fbpx

“Bu il Azərbaycanda vergi daxilolmaları 52 %-dən çox artıb”

BEY.AZ informasiya agentliyi xəbər verir

Bu ilin yanvar-may aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 5 milyard 803 milyon 736,4 min manat vergi daxil olub, proqnoza 149,3 % əməl edilib.

Metbuat.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) məlumatında deyilir.

Bildirilir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 52,3 % və ya təxminən 2 milyard manata yaxın (1 milyard 993 milyon 93,7 min manat) artıb.

Qeyri-neft-qaz sektorundan daxilolmalar 3 milyard 906 milyon 523,9 min manat olub, proqnoza 130,3 % əməl edilib. Dövlət büdcəsinə proqnozdan əlavə 909,5 milyon manat vəsait daxil olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 41,8 % və ya 1 milyard 152,5 milyon manat artıb.

Regionlar üzrə daxilolmalar 476,5 milyon manat olmaqla, proqnoz 114 % icra edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu mənbədən daxilolmalar 22,4 % artıb.

Ödənilən vergilərin 67,3 %-i qeyri-neft-qaz sektorunun, 32,7 %-i isə neft-qaz sektorunun payına düşüb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu