fbpx

Bu il ÜDM-də qeyri neft-qaz sahələrinin payı 60%-ə yüksəlib

BEY.AZ informasiya agentliyi xəbər verir


Neftin faktiki qiymətinin təsdiq edilmiş göstəricidən çox olması neft sektoru üzrə ÜDM-in illik proqnozunun əhəmiyyətli hissəsinin ilk yarımildə təmin olunması və bu sektordan dövlət büdcəsi gəlirlərinin yüksək icrası ilə nəticələnib.

Metbuat.az xəbər verir ki, bu, Hesablama Palatasının “Dövlət büdcəsinin icrası barədə yarımillik məlumata xülasəsi”ndə yer alıb.

Qeyd edilib ki, hesabat dövründə ÜDM 60302,1 mln. manat olub, ÜDM-də qeyri neft-qaz sahələrinin payı 60%-ə yüksəlib. Neftin faktiki qiymətinin büdcə üzrə təsdiq edilmiş qiymətdən çox olması ilin birinci yarısında neft-qaz ÜDM-i üzrə illik proqnozun 71,1%-nin icrası ilə nəticələnib. Bu, dövlət büdcəsinin neft sektoru üzrə vergi gəlirlərinə təsir etmiş, bu gəlirlər 3987,7 mln. manat olmaqla, dövrün proqnozunu 1349,8 mln. manat üstələyib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#ÜDMdə #qeyri #neftqaz #sahələrinin #payı #60ə #yüksəlib

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu