fbpx

Bu ilin sonuna “Həzi Aslanov” stansiyasında əsaslı təmir işlərinə başlanıla bilər

BEY.AZ informasiya agentliyi xəbər verir


Cari ilin sonuna metronun “Həzi Aslanov” stansiyasında əsaslı təmir və yenidənqurma işlərinə başlanıla bilər. Bununla bağlı əsas hazırlıq işləri görülür.

Metbuat.az xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, hazırda görüləcək işlərin layihəsi və texnoloji proseslərin ardıcıllığı üzərində işlər aparılır.

“Layihə işləri başa çatdıqdan sonra prosedur qaydalarına uyğun olaraq təmir işlərinə başlamaqla bağlı ictimaiyyətə məlumat veriləcək. Çünki orada hərəkətin təşkili ilə bağlı məsələlər gündəmə gələcək. Təmir işlərinə stansiyanın dönmə kamerasında başlanacaq. Daha sonrakı mərhələlər isə stansiyanın özündə davam etdiriləcək”, – deyə Bəxtiyar Məmmədov vurğulayıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#ilin #sonuna #Həzi #Aslanov #stansiyasında #əsaslı #təmir #işlərinə #başlanıla #bilər

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu