fbpx
Xəbərlər

Bu imtahanların vaxtı dəyişdirildi

BEY.AZ informasiya agentliyi xəbər verir


Xaricdə ali təhsil alanların peşə tanınması üzrə keçiriləcək imtahanın vaxtı dəyişib.

Metbuat.az xəbər verir ki, bununla bağlı Təhsildə Keyfiyyət Təminatı Agentliyi peşə tanınması üzrə imtahanda iştirak edəcək xarici ölkələrdə ali təhsil almış şəxslərə müraciət edib.

Qeyd olunub ki, iyulun 29-da müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün nəzərdə tutulan peşə tanınması üzrə imtahan texniki səbəblərdən Dövlət İmtahan Mərkəzi tərəfindən 1 avqust 2023-cü il tarixinə keçirilib.

İmtahanlar müvafiq ixtisaslar üzrə saat 11:00 və 14:00-da baş tutacaq.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#imtahanların #vaxtı #dəyişdirildi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu