fbpx

Bu istiqamətlər üzrə imtahanlar keçiriləcək

BEY.AZ informasiya agentliyi xəbər verir



17 iyun 2023-cü il tarixindən etibarən aşağıda cədvəldə verilmiş tarixlərdə Dövlət İmtahan Mərkəzi tərəfindən qabiliyyət tələb edən Musiqi sənəti, Təsviri sənət və Teatr, kino və xoreoqrafiya sənəti istiqamətləri üzrə ixtisasların imtahanları keçiriləcək.

Metbuat.az xəbər verir ki, DİM-dən bildirilib ki, abituriyentlər 12 iyun 2023-cü il tarixindən etibarən cədvəldə verilmiş imtahan tarixlərinə uyğun buraxılış vərəqələrini çap edə bilərlər. Cədvələ daxil edilməyən digər imtahanlar haqqında məlumatlar mütəmadi olaraq DİM-in saytında veriləcək.

Abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ndə göstərilən tarixdə ünvanı qeyd olunmuş imtahan binasına gəlməlidirlər. İmtahan binasına daxil olarkən abituriyent imtahana buraxılış vərəqəsi və şəxsiyyətini təsdiq edən sənədi təqdim etməlidir (abituriyentin şəxsiyyətini təsdiq edən sənədi olmadıqda şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətini və ya ümumvətəndaş pasportunu təqdim edə bilər). Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini təqdim edirlər. Tələb olunan sənədi təqdim etməyən abituriyent imtahan binasına buraxılmır.

İmtahan binasına mobil telefon, ağıllı saat və digər rabitə vasitələri, kalkulyator və digər elektron cihazlar, konspekt, lüğət, cədvəl, çanta, məlumat kitabçası, xarici yaddaş qurğuları və başqa yardımçı vasitələr gətirmək və onlardan istifadə etmək qadağandır.

Qabiliyyət imtahanlarının qrafiki ilə buradan tanış olmaq mümkündür.





Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#istiqamətlər #üzrə #imtahanlar #keçiriləcək

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu