fbpx

Bu ixtisas üzrə boş qalan yerlərə qeydiyyat elan edildi

BEY.AZ informasiya agentliyi xəbər verir


İslamşünaslıq ixtisası üzrə boş qalan yerlərə qəbul olmaq istəyən abituriyentlər müsahibədə iştirak etmək üçün 1 – 4 sentyabr tarixlərində saat 9:30-dan 17:30-a dək Azərbaycan İlahiyyat İnstitutuna (Məhəmməd Naxçıvani küçəsi, 29) ərizə ilə müraciət edərək qeydiyyatdan keçməlidirlər.

Bu barədə Metbuat.az-a Dövlət İmtahan Mərkəzindən xəbər verilib.

İslamşünaslıq ixtisası üzrə DPK Bakıda fəaliyyət göstərəcək. DPK-nın tərkibinə ilahiyyat sahəsi üzrə mütəxəssislər, ekspertlər və DİM-in əməkdaşları daxil edilirlər.

Müsahibədə abituriyentin dünyagörüşü və dini bilikləri, dini baxışları və dünyəvilik anlayışı, psixoloji parametrlərinin İslamşünaslıq ixtisasına uyğunluğu, tolerantlıq və multikulturalizm təsəvvürləri yoxlanılır.

Qeyd edək ki, müsahibədə III ixtisas qrupunu seçmiş və müsabiqə şərtlərinə əsasən ümumi balı 150, o cümlədən qəbul imtahanının II mərhələsi üzrə balı minimum 50 olan abituriyentlər iştirak edə bilərlər. Yalnız müsahibədən məqbul qiymət almış abituriyentlər ixtisas seçimi zamanı elektron ərizələrində Azərbaycan İlahiyyat İnstitutunun İslamşü­nas­lıq ixtisasını qeyd edə biləcəklər.

III ixtisas qrupunun İslamşünaslıq ixtisası üzrə müsabiqə abituriyentin qəbul imtahanında (iki mərhələnin nəticəsində) topladığı ümumi bal əsasında aparılır.

2023-cü ilin avqust ayında keçirilmiş müsahiblərdə iştirak edib qeyri-məqbul alan abituriyentlər təkrar müsahibəyə buraxılmır.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#ixtisas #üzrə #boş #qalan #yerlərə #qeydiyyat #elan #edildi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu