fbpx

Bu ixtisaslara tələbat var – Ekspertlərdən abituriyentlərə tövsiyə

BEY.AZ informasiya agentliyi xəbər verir


Artıq universitetlərin ixtisas seçiminə az müddət qalıb. İmtahanlardan sonra abituriyentlərin əsas diqqət etməli olduğu mərhələlərdən biri də ixtisas seçimidir.

Metbuat.az-a danışan təhsil ekspertləri əmək bazarında hazırda ehtiyac duyulan sahələrin adlarını açıqlayıb. Təhsil eksperti Elşən Qafarov bildirib ki, hazırda ən çox ehtiyac duyulan sahələr İKT üzrədir:

“Hazırda İKT, informasiya mühəndisliyi, ümumiyyətlə mühəndislik ölkənin inkişaf konsepsiyasına uyğun olaraq tələb olunan sahələrdir. Həmçinin abituriyentlərin hazırda daha çox müraciət etdiyi müəllimlik, həkimlik peşələri, günü-gündən daha çox müraciət olunan logistika üzrə mütəxəssislərə tələbat artır. Müasir dünyada bu sahədə çox böyük tələbat olan sahələrdir. Yenə liderliyi düşünürəm ki, informasiya mühəndisliyi, kompüter mühəndisliyi, IT mühəndisliyi olan ixtisaslar olacaq. Amma say baxımından stabil əmək bazarında stabil tapmaq üçün yenə müəllimliyə daha çox müraciət olunacaq”.

Azərbaycanda kişi müəllimlərin sayı niyə azalır? – SƏBƏBLƏR – Medianews

Təhsil eksperti Adil Vəliyev bildirib ki, abituriyentlərin bir çoxu demək olar ki, ixtisas seçimindən əvvəl ixtisaslar haqqında düşünmürlər. Sadəcə imtahan balına görə, ixtisas seçməyi nəzərdə tuturlar:

“Amma əvvəlcə onlar önlərinə bir hədəf qoymalıdırlar o hədəfə uyğun hazırlaşmalıdılar. Məsələn, deyək ki, hər hansı bir abituriyent kompüter mühəndisliyi ixtisasına, yaxud da tibb sahəsində hər hansı bir ixtisasa qəbul olmaq istəyir. Buna görə artıq dərs proqramı, istirahət vaxtıhər bir şeyini ayarlamalıdır ki, gələcəkdə istədiyi ixtisasa qəbul olma şansı daha çox olsun”.

Universitetlərin regionlarda filialı açılmalıdır, lakin..." - Ekspertdən  TƏKLİF

Ekspert hazırda qruplar üzrə perpektivli olan sahələrin adlarını sadalayıb:

“Birinci qrupda yenə kompüter mühəndisliyi, informasiya təhlükəsizliyinin adını çəkmək olar. Bu ixtisas artıq son illərdə həm universitetlərdə tədris olunmağa başlayır, həm əmək bazarının tələb olunan ixtisaslardandır. Eynilə biz ikinci qrupdan logistika ixtisasını deyə bilərik. Mühasibatlıq maliyyə ixtisası yenə öz aktuallığını qoruyur. Üçüncü qrupda dövlət ictimai münasibətlər ixtisası var. Bu da yeni ixtisaslardan sayılır.

Müəllimliyə gəlincə, ingilis dili müəllimlərinə də ehtiyac var. Azərbaycanda kifayət qədər liseylər var bu liseylərin demək olar ki, bir çoxunda riyaziyyat, kimya, fizika, biologiya, bu kimi fənlər ingilis dilində tədris olunur. Həmin o liseylər, kurslar bu ixtisası bitirmiş müəllimləri axtarırlar.

Dördüncü qrup ixtisasları demək olar ki, tibb sahəsi ilə bağlıdır. Müalicə işi, stomatologiya, fizioterapiyada və digər ixtisaslar perspektivlidir. Hətta fizioterapiyanın balı digər ixtisaslara nisbətən az olsa belə, kifayət qədər tələb olunan ixtisasdır. Bu saydığım ixtisasları bitirən tələbələr demək olar ki, artıq son kurslarda, hətta üçüncü, dördüncü kurslarda belə işə götürülürlər”.

Gülər Seymurqızı



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#ixtisaslara #tələbat #var #Ekspertlərdən #abituriyentlərə #tövsiyə

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu