fbpx

Bu küçədə avtobus zolağı nəzarətə götürüldü

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Zərifə Əliyeva küçəsində avtobus zolağı nəzarətə götürülüb.

Bu barədə BEY.AZ AYNA-ya istinadən xəbər verir.

Məlumata görə, adıçəkilən küçədə avtobus zolağı və dayanacaq şəhərkənarı istiqamətlərə sərnişindaşıma həyata keçirən taksilər tərəfindən zəbt edilmişdi. Nəticədə avtobuslar sərnişin götürmək üçün dayanacağa daxil ola bilmir və sərnişinlər isə avtobusa minmək üçün hərəkət zolağına çıxmalı olurlar. Bu isə həm tıxac yaradır, həm də qrafikdə gecikmələrə səbəb olur.

Çoxsaylı müraciətləri nəzərə alaraq AYNA əməkdaşları Zərifə Əliyeva küçəsini nəzarətə götürüblər və hərəkətin tənzimlənməsində onlara Dövlət Yol Polisi əməkdaşları yardım edir.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #küçədə #avtobus #zolağı #nəzarətə #götürüldü

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu