fbpx
Xəbərlər

“Bu ölkə anti-Rusiya sanksiyalarından əl çəkməyə hazırdır” – “Die Welt”

“Avstriya anti-Rusiya sanksiyalarından əl çəkməyə hazırdır”.

BEY.AZ xəbər verir ki, bu barədə “Die Welt” nəşri məlumat yayıb.

Məqalə müəllifi qeyd edib ki, Avstriya elektrik enerjisinin qiymətlərinin sürətlə artması səbəbindən Rusiyaya qarşı sanksiyaları ləğv etməyə meyllidir:

“Avstriyada artıq Rusiyaya qarşı sanksiyaların leyhinə olan çoxluq yoxdur. Qışda bu tendensiya daha da güclənə bilər” – deyə nəşr yazıb.

Qeyd olunur ki, əhali Rusiya prezidenti Vladimir Putinə müsbət yanaşan sağçı-millətçi Avstriya Azadlıq Partiyasını daha çox dəstəkləyir.

Məqalə müəllifi öz fikirlərini ölkədə keçirilən sorğunun nəticələri ilə təsdiqləməyə çalışıb və bildirib ki, avstriyalıların 40 faizi Moskvaya qoyulan məhdudiyyətlərə qarşıdır.

Qeyd edək ki, daha öncə Yeni Dehli Siyasi Təhlil Mərkəzinin strateji araşdırmalar üzrə professoru Brahma Çellani anti-Rusiya sanksiyalarının Moskvaya ciddi təsir göstərmədiyini, lakin Qərb ölkələrinin iqtisadiyyatına ciddi ziyan vurduğunu açıqlayıb.

Rusiyanın maliyyə naziri Anton Siluanov bildirib ki, Qərb dövlətlərinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların ləğvi enerji resurslarının və ərzaq məhsullarının dünya bazarlarındakı qiymətlərinin aşağı düşməsinə səbəb olacaq.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu