fbpx
Xəbərlər

Bu qadağalar götürülə bilər – Səhiyyə Nazirliyinin mütəxəssisi AÇIQLADI

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycanda bir müddətdir koronavirusa yoluxma hallarında kəskin azalma müşahidə edilir. Sözsüz ki, yoluxma hallarının azalmasında vaksinasiya prosesinin yüksək səviyyədə həyata keçirilməsi mühüm rol oynayır.

Metbuat.az xezerxeber.az-a istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin mütəxəssisi Təyyar Eyvazov yaxın vaxtlarda qüvvədə olan azsaylı qadağalarla bağlı yeni qərarların verilə biləcəyini istisna etməyib.

Koronavirusla bağlı mövcud epidemioloji durum karantin rejimi çərçivəsində bəzi qaydalara dəyişklik etməyə imkan verir.

Səhiyyə Nazirliyinin mütəxəssisi Təyyar Eyvazov bildirib ki, yaşı 18-dən yuxarı şəxslərin təxminən 60-70 faizdən çoxu COVID-19-a qarşı peyvənd olunub. Təyyar Eyvazov qeyd edib ki, vəziyyətdən asılı olaraq yaxın vaxtlarda qüvvədə olan qadağalarla bağlı yeni qərarlar verilə bilər.

O əlavə edib ki, yoluxma sayının azalması insanları arxayınlaşdırmamalıdır. Mütəxəssis həmçinin deyib ki, ölkədə pandemiya ilə əlaqədar mövcud vəziyyət tam nəzarət altındadır.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu