fbpx
Xəbərlər

Bu rayonda elektrik enerjisinin verilişi dayandırıldı


Xaçmaz rayonu inzibati ərazisində yerləşən Xudat 110/35/10 kv-luq Yarımstansiyada 2-ci bölmənin təmirə çıxarılması ilə əlaqədar bu gün səhər saatlarından etibarən bir sıra ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyət yaranıb.

BEY.AZ xəbər verir ki, bu barədə “Azərişıq” ASC-dən məlumat verilib. Bildirilib ki, sözügedən ərazilərə Xaçmaz inzibati rayonunun tərkibinə daxil olan Xudat şəhəri, Şollar, Susayqışlaq, Pərdiqıran, Köhnə Xudat, Çaxçaxlı kəndləri, 4, 5, 6-cı şöbə ərazisi, Konservzavod qəsəbəsi yeni yaşayış massivi daxildir.

“Azərişıq” ASC istehlakçıların elektrik təchizatının yaxşılaşdırılması məqsədilə sözügedən ərazidə yenidənqurma işləri həyata keçirəcək. Görülən yenidənqurma işləri gün ərzində yekunlaşdırılaraq elektrik enerjisinin verilişi tam təmin ediləcək.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu