Bu şəxslər 25000 manatadək CƏRİMƏLƏNƏ BİLƏR
BEY.AZ informasiya agentliyi xəbər verir
Azərbaycanda özbaşına tikinti işlərinin aparılmasına görə cəzalar sərtləşdirilməsinə dair layihə I oxunuşda qəbul edilib.
Metbuat.az xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 395.1-ci bəndinə təklif olunan dəyişiklik layihəsi parlamentin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Dəyişikliklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə fiziki şəxslər 800 manatdan 1000 manatadək məbləğdə, vəzifəli şəxslər 2000 manatdan 4000 manatadək məbləğdə, hüquqi şəxslər 20000 manatdan 25000 manatadək məbləğdə cərimə ediləcək.
Məcəllənin hazırki bəndinə görə, müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə fiziki şəxslər 300 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə, hüquqi şəxslər 15000 manatdan 25000 manatadək məbləğdə cərimə edilir”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#şəxslər #manatadək #CƏRİMƏLƏNƏ #BİLƏR