fbpx

Sabunçuda narkotik satan və silah saxlayan şəxs tutulub

BEY.AZ informasiya agentliyi xəbər verir


Sabunçu rayonunda narkotiklərin satışı ilə məşğul olan və qanunsuz odlu silah saxlayan şəxs saxlanılıb.

DİN-dən Metbuat.az-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat nəticəsində Maştağa qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Hüseynəli Xəlilov saxlanılıb. Bu şəxsin üzərindən 20 qrama yaxın metamfetamin aşkar edilib. Əməliyyat tədbirlərinin davamı olaraq onun evindən əlavə 2 kiloqram marixuana, 1 ədəd “Kalaşnikov” markalı avtomat və 1 ədəd həmin silaha aid daraq aşkar edilib. Hüseynəli Xəlilov odlu silah-sursatı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını etiraf edib.

Faktla bağlı 14-cü Polis Bölməsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinə göndərilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Sabunçuda #narkotik #satan #və #silah #saxlayan #şəxs #tutulub

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu