Bu tarixdə Turşsuya köç olacaq
Dövlətimizin başçısının iştirakı ilə təməli qoyulan Turşsu qəsəbəsində işlər davam etdirilir.
BEY.AZ Azərtac-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov məlumat verib.
Onun sözlərinə görə, Turşsuda hazırda yeni konsepsiyaya uyğun olaraq ilk 50 evin inşası aparılır və əsas infrastruktur tamamilə yenidən qurulur. Həmçinin bu kənddə də turizm infrastrukturu olacaq.
“Düşünürəm ki, gələn il artıq Turşsuya keçmiş məcburi köçkünlərin qayıtmasını təmin etməyə başlayacağıq”, – deyə o əlavə edib.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |