fbpx

Bu tarixdə kirayə mənzillərin qiyməti artacaq

BEY.AZ informasiya agentliyi xəbər verir


Artıq yeni tədris ilinə az qalıb. Bu isə o deməkdir ki, regionlardan və xarici ölkələrdən paytaxt Bakıya və digər regionlara tələbə axını başlayacaq.

İlgili Makaleler

Bəs hazırda kirayə mənzil bazarında qiymətlər nə yerdədir?

Metbuat.az-a danışan “MBA” konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru, daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov bildirib ki, hazırda mənzillərin kirayə qiymətində artım var. Ən çox artım birotaqlı evlərdə müşahidə olunur:

“Hazırda Bakıda kirayə mənzil bazarında orta mənzil qiyməti 843 manatdır. Bir kvadratın dəyəri isə 9,49 manat təşkil edir. Ötən ilin eyni dövrü ilə müqayisədə orta mənzilin kirayə qiyməti 14,07%, bir kvadrat metrə görə isə orta qiymət ötən illə müqayisədə 19,37% artıb. Otaqlar üzrə qiymət artımına gəlincə, ən çox birotaqlı evlərdə qeydə alınıb – 16,46%. İkiotaqlıda 11,91%, üçotaqlıda 10,68%, çoxotaqlıda isə 3,92% qiymət artımı olub”.

Nüsrət İbrahimov

O bildirib ki, artıq avqustun sonu, sentyabrın əvvəlinə kirayə mənzil bazarında qiymət artımı gözlənilir:

“Ötən ilin avqust ayının II dekadasında qiymət artımı 6,22% olub, sentyabrda isə 9,74% olub. Bu onu deməyə əsas verir ki, avqustun sonu, sentyabrın əvvəlində qiymət artımı qaçılmaz olacaq”.

Nüsrət İbrahimov həmçinin regionlarda da kirayə evlərin qiymətlərində artım olduğunu bildirib:

“Regionlarda mənzillərin orta kirayə qiyməti 342 manatdan 367 manata çatıb. İl ərzində 7,31% faiz artım olub”.

Gülər Seymurqızı



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#tarixdə #kirayə #mənzillərin #qiyməti #artacaq

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu