fbpx

Bu xəstəxanada endoprotez əməliyyatı ilk dəfə icra olundu

Rüya Yorumları burda

Respublika Klinik Xəstəxanasında ilk dəfə icra olunan endoprotez əməliyyatı uğurla başa çatıb.

TƏBİB-dən BEY.AZ-a verilən məlumata görə, 59 yaşlı pasiyent üzərində həyata keçirilən bud-çanaq oynağının total artroplastikası (endoprotez) əməliyyatı icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində qarşılanıb.

10 ildən artıq müddətdə sol bud-çanağında ağrıları olan şəxs müvafiq müayinələrdən keçirildikdən sonra ona sol bud-çanağın 4-cü dərəcəli koksartroz diaqnozu təyin edilib və cərrahi əməliyyata qərar verilib.

Əməliyyat xəstəxananın Travmatologiya şöbəsinin müdiri, həkim-travmatoloq Eldar Əsədli və travmatoloq-cərrah Tofiq Abdullayev tərəfindən həyata keçirilib.

Rüya tabirlerini burdan oku

Əməliyyatdan sonra pasiyentə bütün zəruri tibbi xidmətlər göstərilib və hazırda müalicəsi davam etdirilir, vəziyyəti stabildir.

Qeyd edək ki, mayın 20-si Ümumdünya Travmatoloqlar Günü kimi qeyd edilir. Respublika Klinik Xəstəxanasında olduğu kimi TƏBİB-in digər tabeli tibb müəssisələrində sözügedən istiqamətlərdə işlər davam etdirilir. 2023-cü ilin noyabr ayında Qubada Regional Travmatoloji Mərkəz yaradılıb və hazırda fəaliyyətini uğurla davam etdirir. Yaxın gələcəkdə digər regionlarda da travmatoloji mərkəzlərin yaradılması nəzərdə tutulub.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.




Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu