fbpx

Bu yerlərdə ev tikənlər 5 min manat cərimələnir

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycanda, xüsusilə də Abşeron və Bakıda dövlət qeydiyyatına alınmayan evlərin sayı kifayət qədər çoxdur. Bu evlərin böyük əksəriyyəti də tikinti aparılması qadağan olunan ərazilərdə inşa edilib. Bunlar da əsasən qaz, elektrik xətlərinin keçdiyi ərazi və kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilib. Belə ərazilərdə ev tikən şəxslər qanuna uyğun olaraq aidiyyəti qurum tərəfindən cərimə olunurlar.

Metbuat.az Xəzər TV-yə istinadən bildirir ki, təyinatı tikinti aparmaq üçün olmayan torpaq sahəsində ev inşa edənlər cərimə olunurlar.

Kənd təsərrüfatı təyinatlı torpaq sahəsində ev tikən şəxslər Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdşları tərəfinan aparılan monitorinqlər zamanı aşkar edildikdə onlar barəsində İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsinə əsasən protokol tətbiq olunur. Bu qanunsuz əmələ yol verdiyi üçün, fiziki şəxslər beş yüz manat, vəzifəli şəxslər min manat, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilirlər.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib ki, qanunsuz tiklilərin sahiblərini müəyyən məbləğdə cərimə etmək çıxış yolu deyil.

Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib ki, 2015-ci ildən hazırki vaxta qədər kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən başqa məqsədlər üçün istifadə hallarına görə, inzibati tənbeh tədbiri kimi 609 protokol tərtib edilib. Kənd təsərrüfatı təyinatlı torpaqlarda fərdi yaşayış evlərinin inşa edilməsinə münasibətdə yeni və yaxud köhnə tikili olmasından asılı olmayaraq uzanan inzibati xəta olduğundan inzibati tənbeh tədbiri kimi cərimə xətanın aşkar edildiyi vaxtdan tətbiq edilir.

Qeyd edilib ki, İnzibati Xətalar Məcəlləsinin 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. O ki, qaldı torağın təyinatının dəyişdirilməsinə Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib ki, bu Nazirlər Kabineti tərəfindən aparıla bilər.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu