fbpx
Xəbərlər

Builki iqtisadi artımla bağlı proqnozlar yeniləndi

BEY.AZ informasiya agentliyi xəbər verir


Maliyyə Nazirliyi bu il Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) artımı ilə bağlı proqnozunu yeniləyib.

Metbuat.az xəbər verir ki, bu barədə nazirliyin açıqladığı “2023-cü ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər sənədi”ndə bildirilir.

Sənəddə deyilir ki, 2023-cü ilin büdcə layihəsi hazırlanan zaman İqtisadiyyat Nazirliyinin təqdim etdiyi proqnozlara əsasən, ÜDM 106 milyard manat, qeyri-neft-qaz ÜDM-i isə 73,3 milyard manat, real artım templəri isə müvafiq olaraq 2,7 %və 4,5 % götürülüb. Lakin, 2023-cü ilin ötən dövrünün makro-iqtisadi nəticələri ilə yanaşı, fiskal icra göstəriciləri və əmtəəbazarlarının konyukturası cari il üzrə makroiqtisadi proqnozların dəqiqləşdirilərək yenilənməsini şərtləndirib.Yenilənmiş makroiqtisadi proqnozlara əsasən, 2023-cü ildə baza ssenari üzrə ÜDM-in real ifadə 1,8 % artmaqla 111,6 milyard manata (əvvəlki proqnoza nəzərən 5,6 milyard manat çox), o cümlədən qeyri-neft-qaz ÜDM-nin real ifadədə 4,9 % artmaqla 77,7 milyard manata (əvvəlki proqnoza nəzərən 4,4 milyard manat çox) çatacağı proqnozlaşdırılır.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Builki #iqtisadi #artımla #bağlı #proqnozlar #yeniləndi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu