fbpx

“Bununla Ukrayna hava məkanını qoruya biləcək”

BEY.AZ informasiya agentliyi xəbər verir


“ABŞ Ukraynaya dəstəyini artırır. Ukraynaya zenit dəstəyi veriləcək. Verilən dəstəklə Ukrayna öz hava məkanını qoruya biləcək”.

Metbuat.az xəbər verir ki, bunları ABŞ Prezidenti Co Bayden mətbuat konfransında deyib.

Bayden dünyanın Rusiya Prezidenti Putinə qarşı birləşdiyini, sanksiyaların Rusiya iqtisadiyyatına zərər vuracağını bildirib. ABŞ Prezidenti yeni dəstək paketinin təsdiqləndiyini də elan edib:

“200 milyon dollarlıq əlavə dəstək paketi təsdiqlənib. ABŞ təhlükəsizlik dəstəyini 1 milyard dollara çatdırır. İndiyə qədər görünməmiş hərbi və humanitar dəstək veririk. Ukrayna iqtisadiyyatını maliyyə yardımı ilə dəstəkləyəcəyik. Amerikan xalqı dəstəyini əsirgəməyəcək. ABŞ azadlıq qüvvələrini dəstəkləməyə davam edəcək. Amma bunu da deməliyəm ki, bu uzun və çətin mübarizə ola bilər”.

ABŞ-ın göndərəcəyi hərbi yardımda nələr var?

– 800 zenit sistemi (uzaq mənzilli daxil olmaqla)

– 9000 zireh əleyhinə sistem

– 7000 silah (pulemyotlar, tüfənglər, qumbaraatanlar)

– 20 milyon mərmi

– PUA-lar





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu