fbpx

“Burda olduğumuz müddətdə Mariupol bizimdir”

BEY.AZ informasiya agentliyi xəbər verir


Rusiya ordusunun Mariupolu ələ keçirməsindən sonra fabrikdə qalan 2 minə yaxın ukraynalı hərbçi təslim olmağı rədd edib.

Metbuat.az xəbər verir ki, bu barədə Azov batalyonunun hərbçisi video paylaşıb. O deyib ki, ukraynalı hərbçilər burada olduğu müddətdə Mariupol Ukraynanın nəzarətində olacaq. Digər ukraynalı hərbçi isə rus ordusunun təslim olmaq barədə çağırışlarının səmimi olmadığını irəli sürüb. Onun sözlərinə görə, ruslar fabriki xarabalığa çevirib. Həmin hərbçi fabrikdən çıxmaq istədiklərini lakin ruslara güvənmədiklərini ifadə edib.

Qeyd edək ki, ötən gün Prezident Vladimir Putin Mariupol ələ keçiriləndən sonra fabrikə hücum etməmək barədə əmr vermiş, bölgədə olan hərbçiləri təslim olmağa çağırmışdı. Putin bildirib ki, təslim olan ukraynalı hərbçilərin təhlükəsizliyi təmin ediləcək.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu