fbpx

​Cənubi Koreyada hərbi vəziyyət ləğv edildi

Rüya Yorumları burda


Cənubi Koreya parlamentində Prezident Yoon Suk Yeolun elan etdiyi hərbi vəziyyətin ləğv edilməsi barədə fövqəladə iclas keçirilib.

BEY.AZ xəbər verir ki, iclasda hərbi vəziyyətin ləğv edilməsi barədə səsvermə keçirilib və yekdilliklə qəbul edilib. Cənubi Koreya Milli Assambleyası sədrinin ofisinin açıqlamasına görə, ölkədə elan edilən hərbi vəziyyət səsvermədən sonra qüvvədən düşüb. Konstitusiyaya görə, parlament səs çoxluğu ilə hərbi vəziyyəti ləğv edə bilər.

Qeyd edək ki, Cənubi Koreya prezidenti Yoon Suk Yeol müxalifətin dövlət əleyhinə fəaliyyətlə məşğul olduğunu irəli sürərək, ölkədə hərbi vəziyyət elan etmişdi. Hərbi vəziyyət elan edildikdən sonra əsgərlər Milli Assambleya binasına daxil olublar. Seul səmalarında helikopterlər patrul uçuşları həyata keçirib.





Rüya tabirlerini burdan oku




ARMY.AZ USTA XİDMƏTLƏRİ

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu