fbpx

Suriyadan gətirilən 16 nəfər qohumlarına təhvil verildi

BEY.AZ informasiya agentliyi xəbər verir


Ötən ilin son aylarında Suriyadan repatriasiya olunaraq ölkəmizə qaytarılan daha 16 vətəndaşımız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sosial xidmət müəssisəsində bir müddət sosial reabilitasiya xidməti ilə təmin edilərək qohumlarına təhvil veriliblər.

Bu barədə Metbuat.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) bildirilib.

Rəsmi məlumata görə, onlardan 3-ü qadın, 13-ü uşaqdır.

Növbəti mərhələdə Agentliyin sosial işçiləri və psixoloqu həmin şəxslərin yaşadıqları icmaya reinteqrasiyasına və sosial reabilitasiyasına dəstək üçün onların yerləşdirildikləri ailələrə səfərlər edib. Hər bir repatriant ilə qiymətləndirmə aparılıb və fərdi müdaxilə planı əsasında onların sosial reabilitasiyası ilə yanaşı səhiyyə, təhsil, məşğulluq və digər zəruri xidmətlərlə təmin edilməsinə dəstək göstərilib.

Həmin ailələrin psixoloji vəziyyətinin monitorinqi prosesi də aparılır və bu proses bitdikdən sonra psixoloji yardıma ehtiyacı olan uşaqlar, ailə üzvləri ayrı-ayrılıqda konsultasiyaya cəlb ediləcəklər. Ümumilikdə Sosial Xidmətlər Agentliyi hazırda 400-dən çox repatriantla sosial reabilitasiya işi aparır.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Suriyadan #gətirilən #nəfər #qohumlarına #təhvil #verildi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu