fbpx

“Cəmiyyətin mediamızdan gözləntisi böyükdür” – Vüqar Zifəroğlu

BEY.AZ informasiya agentliyi xəbər verir



Azərbaycan jurnalistikası şərəfli tarixi yol keçib. Bu 148 ilə nəzər saldıqda görərik ki, milli mücadilə və milli özünüdərk prosesində olduqca əhəmiyyətli rol oynamış olan jurnalistikamız hər zaman öz mövqeyi ilə seçilib”.

Bu sözləri Metbuat.az-a açıqlamasında Mətbuat Şurasının sədr müavini, BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu deyib. O bildirib ki, media dinamik və dəyişkən bir sahədir. Çünki texnologiyalar inkişaf edir, jurnalistikanın özü simasını və özünüifadəsini daim dəyişir:

İlgili Makaleler

“Bu gün biz XIX əsrlə XX əsr jurnalistikası arasında nə qədər böyük fərq görürüksə, XXI əsr jurnalistikasında da bir o qədər yenilənmənin şahidiyik. Bu yeniliklər müsbət tendensiyalarla yanaşı, mənfi məqamlarla da özünü göstərməkdədir. Təsadüfi deyil ki, biz hazırda informasiya ekologiyası, informasiya ilə manipulyasiya, rəqəmsal irqçilik, dezinformasiyalarla mübarizə problemləri ilə üzləşməkdəyik.

Bu mənada şübhəsiz ki, cəmiyyətin bilgiləndirilməsini maariflənməsini başlıca qaya olaraq götürməli olan mediamızdan cəmiyyətimizin gözləntiləri böyükdür. Biz də maksimum dərəcədə dünyada gedən yeniliklərlə ayaqlaşaraq, bu gözləntilərə cavab verməliyik. Təbii ki, prinsiplərimizi, jurnalistikanın ali dəyərlərini qorumaqla, onlara əməl etməklə.

Bu mənada hər birimizin üzərinə ağır və məsuliyyətli vəzifə düşür. Mən bu vəzifənin məsuliyyətini bütün varlığıyla dərk edən, sözün dəyərini və eyni zamanda əhəmiyyətini bölüşən qiymətli həmkarlarımızı peşə bayramımız münasibətilə ürəkdən təbrik edirəm, onlara peşə fəaliyyətlərində müvəffəqiyyətlər arzu edirəm”.

Gülər Seymurqızı / Metbuat.az



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


  • Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
    #Cəmiyyətin #mediamızdan #gözləntisi #böyükdür #Vüqar #Zifəroğlu

Bir Cevap Yazın

Başa dön tuşu