fbpx

Cənub Qaz Dəhlizinin genişləndirilməsi müzakirə edilib

BEY.AZ informasiya agentliyi xəbər verir

Energetika naziri Pərviz Şahbazov “Bakı Enerji Forumu” çərçivəsində bir sıra görüşlər keçirib.

Bu barədə Metbuat.az-a Energetika Nazirliyinin mətbuat xidmətindən xəbər verilib.

Avropa Komissiyasının Enerji Direktorluğunun (DG ENER) enerji siyasəti, strategiya və koordinasiya üzrə direktoru Kristina Lobillo Borrero ilə görüşdə Azərbaycan və Avropa İttifaqı arasında enerji dialoqunun gündəliyindəki məsələlər nəzərdən keçirilib.”Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının builki iclası çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə Avropanın enerji məsələləri üzrə komissarı Kadri Simson arasında əldə edilmiş razılığa uyğun olaraq Azərbaycan – Avropa İttifaqı (Aİ) enerji dialoqu formatındamayda keçirilmiş ilk görüş müsbət qiymətləndirilib. Söhbət zamanıenerji dialoqunun təbii qaz, “yaşıl enerji”, hidrogenin istehsalı və ixracını əhatə edən istiqamətləri üzrə fikir mübadiləsi aparılıb. Cənub Qaz Dəhlizinin genişləndirilməsinin həyata keçirilməsi üçün vahid platformada birgə əməkdaşlığın vacibliyi qeyd edilib.

TAP AG şirkətinin icraçı direktoru Luca Schieppati ilə görüşdə isə tədarükün artırılması və boru kəmərinin genişləndirilməsi imkanları müzakirə edilib.TAP-ın aparılan bazar sınaqlarının nəticələrinə əsasən mərhələli şəkildə genişləndiriməsi və hidrogenin nəqli perspektivi ilə bağlı fikir mübadiləsi aparılıb.

Energetika naziri Pərviz Şahbazov Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə də görüşüb. Perspektivdə AzərbaycandanMacarıstana qaz tədarükü, eləcə də MOL şirkəti ilə əməkdaşlığın genişləndirilməsindən irəli gələn məsələlər müzakirə edilib.

Bolqarıstanın energetika naziri Aleksandr Nikolov iləgörüşdə isə IGB-nin son icra vəziyyətidəyərləndirilib.IGB-ninsentyabrın əvvəlində kommersiya istismarına hazır olacağı və Azərbaycan qazının bu kəmərlə nəqlinin iki ölkə arasında enerji əməkdaşlığının inkişafına təkan verəcəyi bildirilib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu