Cahangir Əsgərovun vəzifəsinə gətirilən şəxs BƏLLİ OLDU
BEY.AZ informasiya agentliyi xəbər verir
Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) prezidenti vəzifəsinə namizəd məlum olub.
Metbuat.az Report-a istinadən xəbər verir ki, bu, kənd təsərrüfatı naziri İnam Kərimovdur.
Bu gün Gənclər və İdman Nazirliyinin inzibati binasında AAAF-ın hesabat-seçki konfransı keçiriləcək. Toplantıda İ.Kərimovun federasiya prezidenti seçiləcəyi gözlənilir.
Qeyd edək ki, hazırda AAAF-a “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov rəhbərlik edir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.