fbpx

Cavanşirə maşın hədiyyə etdilər

BEY.AZ informasiya agentliyi xəbər verir


Əməkdar artist Cavanşir Məmmədova ad günündə maşın hədiyyə olunub.

Metbuat.az xəbər verir ki, bu barədə o, “Həmin Zaur” proqramında danışıb.

Sənətçi deyib ki, bu jesti ona yaxın dostları edib:

“Martın 15-i ad günüm idi. Dünən gecə dostlarım zəng elədi ki, sabah harada olacaqsan. Dedim ki, axşam toydayam, gündüz evdə olacam. Söylədilər ki, zəng edəcəyik, səni bir yerə aparacağıq. Məni bir maşın mağazasına apardılar. Avtomobilin pulunu verdilər, dedilər ki, bu kişinin adına keçirdərsiniz. Maşın elə də bahalı deyil. Dörd qapılı “Niva”dır. Bilirlər ki, mən belə maşınları bəyənirəm. Dedim ki, pulun yarısını mən verim, razı olmadılar. Avtomobilin qiyməti 24 min 400 manatdır. Uzun illər bundan əvvəl bir “Gaz-3110” markalı maşın da bağışlamışdılar”.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu