fbpx
Xəbərlər

Cavanşir Feyziyev vəzifəsindən AZAD OLUNUR

BEY.AZ informasiya agentliyi xəbər verir


Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçiləcək.

Metbuat.az “Report”a istinadən xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Milli Məclisin qərar layihəsi parlamentin sabah keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Belə ki, Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə Soltan Məmmədovun, Azərbaycan-Mavritaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə isə Sadiq Qurbanovun namizədliyi irəli sürülüb.

Qeyd edək ki, hazırda Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyevdir.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu