fbpx

Çavuşoğlu 15 ildən sonra ilk dəfə İsrailə səfər edəcək

BEY.AZ informasiya agentliyi xəbər verir

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün Fələstinə və İsrailə səfər edəcək.

Metbuat.az xəbər verir ki, bu barədə TRT məlumat yayıb.

Bildirilib ki, Çavuşoğlu Türkiyə və Fələstin xarici işlər nazirlərinin birgə komitəsinin iclasında iştirak edəcək. O, həmçinin fələstinli həmkarı Riyad əl-Maliki və ərəb dövlətinin başçısı Mahmud Abbasla da danışıqlar aparacaq.

Həmin gün Çavuşoğlu İsrailə gedəcək və orada xarici işlər naziri Yair Lapid ilə danışıqlar aparacaq.

Danışıqlarda ikitərəfli, regional və beynəlxalq məsələlərin müzakirəsi planlaşdırılır.

Yerli media Türkiyə XİN rəhbərinin İsrailə səfərinin son 15 ildə rəsmi səviyyədə ilk səfər olacağına diqqət çəkir.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu