fbpx

Ceyhun Bayramov Nikola Selakoviç ilə danışıqlar aparıb

BEY.AZ informasiya agentliyi xəbər verir

Ceyhun Bayramovun Serbiya xarici işlər naziri Nikola Selakoviç ilə görüşünə dair məlumatı

İtaliyanın Turin şəhərində keçirilən Avropa Şurasının Nazirlər Komitəsinin iclası çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov Serbiya Respublikasının xarici işlər naziri Nikola Selakoviç ilə görüşüb.

XİN-dən Metbuat.az-a verilən xəbər görə, görüşdə, Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlıq münasibətlərinin mövcud vəziyyətindən məmnunluq ifadə edilib. Nazirlər ikitərəfli əməkdaşlığın iqtisadi, ticarət, siyasi, humanitar və s. sahələrdə inkişafı perspektivlərini qeyd ediblər.

Görüş zamanı “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında saziş”in yaxın zamanda qüvvəyə minməsi, mülki aviasiya sahəsində əməkdaşlıq, həmçinin iki ölkə arasında mövcud olan turizm potensialının səmərəli istifadəsi imkanları ətrafında fikir müdadiləsi aparılıb.

Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələləri müzakirə ediblər.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu