fbpx

Ceyhun Bayramov Rusiya XİN-in bəyanatına münasibət bildirdi

BEY.AZ informasiya agentliyi xəbər verir



Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin üçtərəfli Bəyanatı və sülh prosesini şərh edən 2023-cü il 15 iyul tarixli bəyanatına münasibət bildirib.

Metbuat.az xəbər verir ki, nazir Rusiyanın ölkəmizə yeni təyin olunmuş səfiri Mixail Yevdokimovla görüşü zamanı deyib ki, Rusiya Federasiyası XİN-i tərəfindən qeyd edilən erməni sakinlərin “hüquq və təhlükəsizliyi” məsələsi Azərbaycanın milli qanunvericiliyi çərçivəsində həll olunacaq və bu məqsədlə erməni sakinlərlə dialoq təşəbbüsü mövcuddur.

Görüş zamanı Azərbaycan və Rusiya arasında əlaqələrin ikitərəfli və çoxtərəfli müqavilələr çərçivəsində, mehriban qonşuluq, dostluq və qarşılıqlı anlaşma şəraitində inkişafının vacibliyi vurğulanıb.

Daha sonra 44 günlük Vətən müharibəsindən sonra bölgədə vəziyyət, Azərbaycan-Ermənistan sülh prosesi, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


  • Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
    #Ceyhun #Bayramov #Rusiya #XİNin #bəyanatına #münasibət #bildirdi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu